Bakının Yasamal rayonunda, Akim Abbasov küçəsində su istilik sisteminin borusu partlayıb. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az məlumat verir.
Hadisə yerində axan isti su “Bazarstore” mağazasının parkinqini və piyada zolağını qismən basıb.
Qəza yerinə müvafiq qurumlar cəlb olunub. Rayonun bir hissəsində istilik təchizatında fasilə yaranıb.
[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2022/12/12.mp4"][/video]