top
Yeni binada ənənəvi dərd - MİDA mənzillərindən ŞİKAYƏT + VİDEO
22 iyul 2025, 05:04
- +

Yeni binada ənənəvi dərd - MİDA mənzillərindən ŞİKAYƏT + VİDEO

Bakı şəhəri, Yasamal rayonu, Müstəqillik küçəsi 55 ünvanında yerləşən MİDA-nın (Mənzil İnşaatı Dövlət Agentliyi) Yeni Yasamal yaşayış massivindəki binadakı keyfiyyətsizlik sakinlərin narazılığına səbəb olub.

Sakinlərin Bakuplus.az-a verdiyi məlumata görə, burada yaşayanlar artıq üç ilə yaxındır ki, müxtəlif texniki problemlərlə üzləşirlər. Mənzillərdə tez-tez su sızmaları baş verir, divar və tavanlarda çatlar yaranır, digər tikinti qüsurları müşahidə olunur.

“Bu evləri 20 illik ipoteka ilə almışıq. Amma hər ay ödəniş etdiyimiz mənzildə yaşamaq mümkün deyil. Bizim kimi burada şəhid ailələri, qazilər, hərbçilər, dövlət qulluqçuları da yaşayır. Belə çıxır ki, dövlətin etibar etdiyi insanlara qəzalı evlər satılıb”, – deyə sakinlərdən biri deyib.

Sakinlər bildirirlər ki, bu problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, müsbət nəticə olmayıb.

Onlar məsələ ilə bağlı dövlət orqanlarına çağırış edirlər:

“Xahiş edirik, bu məsələyə ciddi yanaşılsın. Mənzillərin vəziyyəti insanların təhlükəsizliyini risk altına alır. Bu haqsızlığın qarşısı alınmalıdır.”

Məsələ ilə bağlı MİDA-ya sorğu ünvanladıq. Qurumdan müraciətimizə hələlik heç bir cavab gəlməyib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
Bu gün, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Bu gün, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Bu gün, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Bu gün, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Bu gün, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
Dünən, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
Dünən, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
Dünən, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
Dünən, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
Dünən, 13:19

Bakıya Payız gəlir

Xəbər
Dünən, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
02 sentyabr 2026, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
02 sentyabr 2026, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Oxşar xəbərlər