Paytaxtın Zığ şosesində avtomobil 100-lük yolda əks istiqamətdə hərəkət edib. Bu haqda bu gün, 1 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
“Toyota Prius” markalı nəqliyyat vasitəsi maksimal sürəti 100 km/s olan magistral yolda əks istiqamətdə sürərək təhlükəli vəziyyət yaradıb.
Hadisə anı lentə alınıb.