Paytaxtın Suraxanı rayonu, Zığ qəsəbəsi, Dədər Qorqud yaşayış massivində yolların təmiri yekunlaşır. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 1400, ortalama eni isə 6 m olan torpaq yollara asfalt örtüyü vurulub. Hazırda ərazidə yeni piyada səkiləri yaradılır. Daha sonra müvafiq yol cigziləri çəkiləcək və yol nişanları quraşdırılacaq.
Cari il ərzində Suraxanı rayon ərazisində ümumi uzunluğu 12,5 km olan küçələr əsaslı təmir olunub.
[caption id="attachment_76703" align="alignnone" width="640"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]