Zərifə Əliyeva adına istirahət parkının bir hissəsində işıqlandırma sistemi mövcud deyil. Bu haqda bu gün, 14 dekabr tarixində Bakuplus.az məlumat verir.
Parkda işıq dirəkləri hər 50 metrdən bir quraşdırılsa da, bəziləri işlək vəziyyətdə deyil. Bu səbəbdən parkın böyük ərazisi gecə saatlarında qaranlıq olur.
Yerli sakinlər qaranlıq yolların parkda cinayətlərin artmasına səbəb olacağından narahatdırlar. Onlar, həmçinin deyirlər ki, buna görə hava qaralandan sonra parkda gəzməməyə, uşaqları kənarda saxlamağa çalışırlar.
[URIS id=83121]