Özcan Dənizin Bakıya gələcəyi tarix açıqlanıb. Bu haqda 26 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Bakı Konqres Mərkəzində planlaşdırılan konsert oktyabrın 25-də keçiriləcək. Bir nəfər üçün biletin qiyməti 40 manatdan başlayır. Biletləri şəhərin kassalarından və ya onlayn əldə edə bilərsiniz.
Bundan əvvəl tədbir sentyabrın 16-na planlaşdırılmışdır. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olması ilə bağlı, konsert təxirə salınmışdır.