top
Bu gün dünya şöhrətli alim Lütfi Zadənin 102 illiyidir
04 fevral 2023, 01:40
- ↺ +

Bu gün dünya şöhrətli alim Lütfi Zadənin 102 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lütfəli Rəhim oğlu Ələsgərzadə 4 fevral 1921-ci ildə Bakının Novxanı qəsəbəsində anadan olub.  Atası Rəhim Ələsgərzadə jurnalist, anası Faniya Koriman pediatr olub.

O, 1944-cü ildə Tehran Universitetini (İran) elektrik mü­həndisliyi ixtisası üzrə bitir­ib, 1944-1959-cu illərdə Massaçusets Texnologiya İnstitutunda və Kolumbiya Universitetində (ABŞ) magistr və doktorluq elmi dərəcələrini alıb. Lütfi Zadə 1959-cu ildən Berkli Kaliforniya Universitetində (ABŞ) professor kimi işləyib, 1963-cü ildən isə buranın “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik edib.

Lütfi Zadənin ən böyük nəzəriyyəsi olan “qeyri-səlis məntiq” nəzəriyyəsi uzun müddət Amerika elmi ictimaiyyəti tərəfindən qəbul edilməsə də, 1980-ci illərdə yapon alimlərinin diqqətini cəlb etmişdir. Hazırda bu nəzəriyyə Yaponiyanın “Mitsubishi”, “Toshiba”, “Sony” kimi nüfuzlu şirkətlərində istifadə edilir. Həmçinin onun “vəziyyətlər fəzası”, “dinamik sistemlərin idarəolunma və müşahidəolunma” nəzəriyyələri hazırda ABŞ-nin Milli Kosmik Tədqiqatlar Mərkəzində (NASA) istifadə olunur.

Alim müxtəlif ölkələrin “Richard Hamming”, “Rufus Oldenburger”, “Egleston”, “Benjamin Franklin” və s. medallarına layiq görülüb. O, Azərbaycanın “Dostluq” ordeni və Nizami Gəncəvi adına qızıl medalı ilə təltif olunub. Lütfi Zadə 2001-ci ildə AMEA-nın fəxri (xarici) üzvü seçilmişdir.

Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-nin Berkli şəhərində vəfat edib və Bakının Birinci Fəxri xiyabanında dəfn olunub.

2019-cu ildə ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Bu gün, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Bu gün, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Bu gün, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Bu gün, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Bu gün, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Bu gün, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Bu gün, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Bu gün, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
Dünən, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
Dünən, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
Dünən, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
Dünən, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
Dünən, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
Dünən, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
Dünən, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
Dünən, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
Dünən, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
Dünən, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
Dünən, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
Dünən, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
Dünən, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Siyasət
Dünən, 11:08

Azərbaycan Prezidenti: İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir "dəmir yumruq" kimi birləşdilər

Oxşar xəbərlər