Bakıdakı "Şüa" İdman-Sağlamlıq Kompleksində stolüstü tennis üzrə ölkə çempionatı 16-19 fevral tarixlərində keçiriləcək. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
Çempionatda böyüklər arasında yarışlar nəzərdə tutulub. Belə ki, proqramda tennisçilər komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarda qüvvələrini sınayacaqlar.
Yarışda Bakı ilə yanaşı Sumqayıt, Şəki, Qax, Balakən, Gəncə, Qusar, Salyan, Şabran, Şirvan və Gədəbəydən olan idmançılar öz şəhərlərini təmsil edəcəklər.