19 dekabr tarixində Abşeron Milli Parkında treyranninq üzrə açıq yarış keçiriləcək.
Yarışa həm peşəkar idmançılar, həm də təbiəti sevənlər qoşula bilərlər. Həmçinin, uşaqlar üçün xüsusi distansiya nəzərdə tutulub. Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Böyük Qafqaz Yolu ictimai təşəbbüs qrupu tərəfindən keçirilir.
Ənənəvi tədbirlə yanaşı, istənilən iştirakçı 2022-ci ilin aprel ayının sonuna kimi mobil tətbiqetmədə qeyd etməklə milli parkında müəyyən edilmiş məsafəni keçə bilər.
Tədbirdə iştirak etmək üçün linkdən istifadə edərək qeydiyyatdan keçməlisiniz.
Yarış haqqında ətraflı məlumat üçün linkə daxil olun.
Yarış iştirakçıları Şah Dili ərazisinin dənizin gətirdiyi zibillərdən təmizlənməsi üçün daimi təşkil olunan ekoloji kampaniyasında iştirak edə bilərlər. Bunun üçün başlanğıc nöqtəsində parkın administrasiyasından plastik tullantıların toplanması üçün torba götürməli və sonra xüsusi konteynerə boşaltmalıdırlar. Aktiv iştirakçılar xatirə hədiyyələri ilə mükafatlandırılacaqlar.
Treyranninq - təbii ərazi boyunca sərbəst sürətlə və ya yarışın bir hissəsinə kimi qaçmağı nəzərdə tutan idman intizamıdır.
[URIS id=18791]