Bakı aerobika üzrə iki yarışa ev sahibliyi edəcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 11 may tarixində xəbər verir.
Mayın 25-də Bakı Olimpiya İdman Kompleksində Azərbaycan çempionatı və Bakı birinciliyi keçiriləcək.
Yarışda “Ocaq Sport” klubu, “Zirvə”, “Grasiya” idman klubları və Sumqayıt Olimpiya İdman Kompleksindən ümumilikdə 80 gimnast medallar uğrunda mübarizə aparacaq.
İdmançılar Bakı birinciliyində balacalar, uşaqlar, yeniyetmələr və gənclər, Azərbaycan çempionatında isə yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında mübarizə aparacaqlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramlarında çıxış edəcəklər.
Biletlərin qiyməti 5 manat təşkil edir. Yarışları izləmək istəyənlər biletləri şəhərin kassalarından əldə edə bilərlər.