7 dekabr tarixində paytaxtın Suraxanı rayonunda abad məhəllələr arasında mini-futbol üzrə turnir keçiriləcək. Bu haqda Suraxanı Rayon Gənclər və İdman idarəsinin mətbuat xidməti məlumat yayıb.
İki gün davam edəcək turnir Hövsan qəsəbəsi 10, 10A, 10B binalarının qarşısında baş tutacaq.
Turnir Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.