19 noyabr tarixində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Şah-Mat” adlı şahmat turniri keçirəcək. Bu haqda 16 noyabrda ATGTİ-nin rəsmi səhifəsində məlumat verilib.
Turnir Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə 19 noyabr saat 13:00-da İttifaqın binasında təşkil olunacaq. Turnirin məqsədi tələbələr arasında fəaliyyətlərinin stimullaşdırılması, rəqabətliliyin artırılmasıdır.
Turnirin qalibləri diplomla mükafatlandırılacaqlar. İştirakçı kimi qoşulmaq üçün +994507227371 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.