Bakının Milli Gimnastika Arenasında batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi baş tutub. Bu haqda Report bu gün, 12 fevral tarixində məlumat yayıb.
Tədbirdə Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastika Federasiyasının texniki komitəsinin üzvü Tatyana Şuyskaya və başqaları iştirak ediblər.
Batut gimnastikası üzrə Dünya Kuboku Bakıda Milli Gimnastika Arenasında fevralın 12-13-də keçiriləcək.
Yarışda 14 ölkədən 63 idmançı iştirak edir. Yarış Beynəlxalq Gimnastika Federasiyasının yeni qaydalarına əsasən keçirilir. Birinci gün təsnifat turları, daha sonra isə kişilər və qadınlar arasında final mərhələləri nəzərdə tutulub.
Yarışda Azərbaycanı milli komandanın üzvü Selcan Maqsudova təmsil edir.