Bakıda Novruz bayramına həsr olunmuş güləş və şahmat turnirləri keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 15 mart tarixində xəbər verir.
Suraxanı Rayon Gənclər və İdman İdarəsi bayram münasibətilə şahmat turniri təşkil edəcək. Yarış Günəşli Şahmat Məktəbində 17 mart, saat 10:00-da keçiriləcək.
Paytaxtın Suraxanı rayonu “Legion” İdman klubunda isə 19 mart, saat 10:00-da Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə güləş turniri baş tutacaq.