18, 25 noyabr və 2 dekabr tarixlərində Bakıda ödənişsiz yoqa dərsləri keçiriləcək. Təlimlər YARAT Müasir İncəsənət Mərkəzində saat 19:00-da baş tutacaq.
Təlimçi qismində Ruçira iştirak edəcək.
Axşam yoqası günün yorğunluğunu çıxarmağa və rahat yuxu almağa şərait yaradır. Art-yoqa dərslərinə qeydiyyat davam edir.
Təlimlərdə 20 yaşından yuxarı şəxslər iştirak edə bilər.
İştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün əlaqə nömrəsi: +994 50 246 92 92