Bakıda Dünya Kuboku yarışı keçiriləcək. Bu haqda 11 yanvar tarixində Oxu.az xəbər verib.
Bakıda mayın 27-də güllə və stend atıcılığı üzrə Dünya Kubokuna start veriləcək. Yarış iyunun 9-dək davam edəcək.
Həmçinin cari ildə Dünya Kuboku digər ölkələrdə də olacaq:
- Mərakeş (Rabat, 7-12 fevral)
- Misir (Qahirə, 26 fevral–8 mart)
- Kipr (Nikosiya, 8-19 mart)
- Peru (Lima, 27 mart–7 aprel)
- Braziliya (Rio de Janeyro, 9-19 aprel)
- İtaliya (Lonato, 19-30 aprel)
- Koreya (Çanqvon, 9-22 iyul)
Ötən il Bakıda keçirilməli olan güllə və stend atıcılığı üzrə Dünya Kubokunun final mərhələsi (18-24 oktyabrda Çempionlar Kuboku) turniri pandemiyaya görə ləğv edilmişdir.