Bakıda Yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq “Təhsil” turniri başlayıb. Bu haqda bu gün, 17 dekabr tarixində Report məlumat verib.
Yarışı Azərbaycan Güləş Federasiyası Elm və Təhsil Nazirliyi ilə birgə təşkil edib. Turnirin ilk günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən sərbəst güləşçilər qarşılaşıblar.
İlk yarış günündə Elgün Məmmədov (45 kq), Sədrəddin Həsənov (51 kq), Camal Abbasov (60 kq), Nurdaulet Seilbekov (71 kq) və Novruz Əhmədxanov (92 kq) çempion olublar.
Yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.