23 noyabr tarixində Bakıda gənclər üçün ödənişsiz şahmat turniri keçiriləcək. Turnir Binəqədi Gənclər evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 16:00-da baş tutacaq.
Yarışın keçirilməsində məqsəd gənclərin asudə vaxtlarını səmərəli keçirməsinə vasitəçi olmaqdır.
Turnirdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.
Qeydiyyat üçün təşkilatın Facebook səhifəsinə yazmaq kifayətdir.