Bakıda “İdmançı ailəm - sağlam aləm!” devizi altında idman festivalı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 9 may tarixində xəbər verir.
13 may saat 10:00-da təşkil olunacaq festival "Evrika" liseyində, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “15 may – Beynəlxalq Ailə Günü” münasibətilə baş tutacaq.
Festivalda Nərimanov rayonunda fəaliyyət göstərən məktəblərdən ailələr iştirak edə bilər: ata, ana və 1 nəfər uşaq (ibtidai sinif şagirdi).