24 yanvar tarixində Bakıda Azərbaycanın ilk dağ haqda filmi nümayiş olunacaq. Nümayiş Flora Hostel Baku-da saat 19:00-da başlayacaq. Bu haqda BakuPlus xəbər verir.
Film “Explore Mountains” komandasının üzvü olan peşəkar dağçılar və Farid Mustafayev YouTube kanalının birgə fəaliyyəti ilə hazırlanmışdır. Bundan əlavə, sənədli film Azərbaycanın ən yüksək zirvəsi olan Bazardüzünə dırmanma zamanı qarşınıza çıxan çətinlikləri və yolu addım-addım izah edəcək.
Filmin xronometrajı 20 dəqiqədir. Təqdimatdan sonra çay süfrəsi təşkil olunacaq və dağ bələdçiləri ilə müzakirələr aparılacaqdır.
Giriş sərbəstdir.