Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatında yenilik tətbiq olunacaq. Bu haqda məlumatı Bakuplus.az bu gün, 11 yanvar tarixində Report.az-a istinadən verir.
Belə ki, ilk dəfə olaraq böyüklər arasında turnirdə idmançılar xüsusi yoxlama sistemi quraşdırılmış qoruyucu vasitələrdən istifadə edəcəklər.
Cənubi Koreyanın KPNP firmasının hazırladığı yeni məhsul zərbənin gücünü, yaxınlıq sensoru reaksiyasını və simsiz rabitə statusunu yoxlamaq funksiyası ilə təchiz olunub.
Şirkətdən bildirilib ki, bu yolla xallar daha dəqiq hesablanacaq və idmançılar daha ədalətli rəqabət mühitində mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı 29 may - 4 iyun tarixlərində təşkil olunacaq.