19 noyabr tarixində Bakıda Suraxanı rayon məktəbliləri arasında “Mənim hüquqlarım” adlı bilik yarışı keçiriləcək.
Yarış Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Sport Hall İdman Sağlamlıq Mərkəzinin birgə təşkilatçılığı, Atlet Taekvondo Klubu, Çinar Dans Studio və Legion İdman Klubunun tərəfdaşlığı ilə baş tutacaq.
Qaliblərə Suraxanı Gənclər və İdman İdarəsinin diplomları və Atlet Taekvondo Klubu, Çinar Rəqs Studiosu və Legion İdman Klubu tərəfindən hədiyyələr təqdim olunacaq.
Son qeydiyyat tarixi 17.11.2021-ci il saat 18:00-a qədərdir.
Yarış saat 14:00-da Suraxanı Sport Hall-un akt zalında baş tutacaq.
Bundan əvvəl, 16 noyabrda Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində keçirilən tədbir barədə məlumat vermişdik.