Bakıda Bouldrinq üzrə açıq birincilik keçiriləcək. Bu haqda BakuPlus.az 19 fevral tarixində xəbər verir.
Climbaku və Dağçılıq idman klubunun təşkilatçılığı ilə keçiriləcək turnir 27 fevral, saat 11:00-da start götürəcək. Yarış Climbaku-nun süni qayaya dırmanma zalında baş tutacaq.
Yarışda yalnız 16 yaşından yuxarı və bu idman növü ilə yeni məşğul olmağa başlayan şəxslər iştirak edə biləcək. İştirakçılardan heç bir ödəniş tələb olunmur.
Turnirdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir. Qaliblər dəyərli hədiyyələrlə mükafatlandırılacaq. İştirakçıların qeydiyyatı və püşkatması 10:00-da başlayacaq.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 55 243 21 31