Bu gün, 28 fevral tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində usta cüdoçular arasında Azərbaycan çempionatı keçiriləcək. Bu haqda Azərbaycan Cüdo federasiyasının mətbuat xidməti məlumat verib.
Yarışda 120-yə yaxın idmançı iştirak edəcək. Cüdoçular 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar.
Yarışın keçirilməsində əsas məqsəd cüdo ustalarını Azərbaycanın veteranlardan ibarət yığma komandasına cəlb etmək, həmçinin Avropa və dünya çempionatlarında iştirak etmək üçün yaş qrupları üzrə gənc idmançıları seçməkdir.