Bakıda 18-23 dekabr tarixlərində Vüqar Həşimovun xatirəsinə beynəlxalq şahmat turniri təşkil olunur. Bu haqda Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
“Fairmont Baku” otelində keçiriləcək superturnirdə Rusiya, Çexiya, ABŞ, Macarıstan, Hindistan kimi ölkələr iştirak edəcəklər.
Müsabiqə iki hissədən (Rapid və Blits) ibarət olacaq. Turnirin qalibi iki yarışın nəticəsində yığılan xal əsasında seçiləcək.
Oyunlar hər gün saat 15:00-da start götürəcək.