Bakıda 8 noyabr-Zəfər gününə həsr olunmuş "Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülük üzrə turnir keçirilib.
Yarışda Bakı şəhər birinciliyində Suraxanı rayon 89 nömrəli tam orta məktəbin komandası lll yerə layiq görülmüşdür.
Mükafatlandırma mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi əməkdaşları Cəlil Əlizadə və Elmar İbadlı, Suraxanı Rayon Gənclər və idman İdarəsinin rəisi Bağırov Amil və idarənin baş məsləhətçisi Rəşid Heydərov, 89 nömrəli tam orta məktəbin direktoru Baba-zadə Dadaş və komandanın məşqçisi Müşviq Əmirli iştirak ediblər.
Tədbirin açılış nitqini məktəbin direktoru Dadaş Baba-zadə edərək qonaqları salamlayıb və ürək sözlərini çatdırıb. İdarə rəisi Amil Bağırov və Baş İdarənin əməkdaşı Cəlil Əlizadə qalibləri təbrik edərək uğurlar arzulayıblar.