Bakıda yeniyetmələr arasında Bakı çempionatı keçirilir. Bu haqda bu gün, 1 mart tarixində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi məlumat verib.
Tədbirin Şağan Olimpiya İdman Kompleksində 4 gün ərzində keçirilməsi nəzərdə tutulub. U-17 qrupunda olan yeniyetmələr sərbəst və yunan-roma güləşi növləri üzrə mübarizə aparacaqlar.
Bu gün, ilk yarış günündə sərbəst güləş üzrə 45, 51, 60, 71 və 92 kq çəki dərəcəsində idmançılar mübarizə aparacaqlar.