4 fevral tarixində “Çempionumuz” adlı sosial idman layihəsi çərçivəsində idmançılarla görüş keçiriləcək. Bu haqda BakuPlus.az Nərimanov Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbirdə Grappling üzrə Dünya Çempionu, Dünya Kubokunun sahibi, idman ustası Tural Allahverdiyev və kapoeyra üzrə Budapeşt şəhərində keçirilimiş beynəlxalq yarışın gümüş medalçısı Qabil Vəliyev məktəblilərlə görüşəcəklər.
Görüş Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adına olan 291 saylı məktəbdə saat 11:00-da baş tutacaq.