2024-cü ildə Bakıda 23 yaşadək gənclər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək. Bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) icraiyyə komitəsinin onlayn iclasında qəbul edilib. Report bu haqda bu gün, 3 mart tarixində məlumat verib.
İclasda UWW-nin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev də iştirak edib. Turnirin noyabrın 5-6-da keçirilməsi nəzərdə tutulub.
Həmçinin məlum olub ki, 2023-cü ildə böyüklər arasında Avropa çempionatı Xorvatiyanın paytaxtı Zaqrebdə baş tutacaq.