top
Məhlə futbolu tarixə qovuşur: Uşaqlar harada top qovsunlar? - TƏHLİL
20 sentyabr 2025, 12:30
- ↺ +

Məhlə futbolu tarixə qovuşur: Uşaqlar harada top qovsunlar? - TƏHLİL

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Qarabağ"ın Çempionlar Liqasındakı möhtəşəm qələbəsi milli komandanın utopik oyunları fonunda bizi bir daha yerli futbolun gələcəyi barədə düşündürdü. Kimsə deyə bilər: "Bəs Ukrayna ilə oyun necə oldu?" O, daha çox futbolçuların portuqaliyalı baş məşqçi Fernandu Santosdan kiçik bir qisası idi. Çünki onun rəhbərliyi altında keçirdiyimiz 11 oyunda yığmamız ard-arda xalqın sərt tənqidlərinin hədəfinə çevrilmişdi.

Əslində sual eynidir: Azərbaycan futbolunun gələcəyi necə olacaq, əgər onun bu gününün özü belə demək olar ki, mövcud deyilsə? Bu gün – ayrı-ayrı klubların səs-küylü, amma ötəri qələbələri və ya milli komandaya yerli mütəxəssisin gətirilməsi deyil. Ən əsası – daha geniş, daha ciddi məsələlərdir.

Bu gün dedikdə ilk növbədə şəhərlərimizdə, xüsusən Bakıda futbol meydançalarının yoxluğu nəzərdə tutulur. Ən sıx məhəllələrdə belə uşaqlar üçün oyun meydanı qalmayıb. İstisna olaraq AFFA və IDEA-nın dəstəyi ilə bir neçə həyətdə tikilən kiçik meydançalar mövcuddur ki, onlar da ümumi mənzərəni dəyişmir. Halbuki, 40 il əvvəl Bakı stadionlarla, məktəb həyətlərindəki oyun meydançaları ilə zəngin idi. İndi isə onların yerində hündürmərtəbəli binalar, marketlər və "Şadlıq evləri" var. Əgər heç nə tikilməyibsə, həmin yerlər sadəcə avtodayanacağa çevrilib.

Məsələn, mənim uşaqlığım keçdiyi Yeni Əhmədli qəsəbəsində hər məktəbin yanında stadion vardı. İndi hanı onlar? Məktəblərdə idmanın sevimli fənn olduğu dövrlə birgə itib-batdı. O vaxt ən azı açıq havada voleybol və basketbol oynamaq imkanı vardı, futboldan danışmıram belə. Daha acınacaqlısı isə odur ki, hətta qanunsuz tikililərə qarşı mübarizə aparmalı olan nazirliyin binası belə bir vaxtlar məktəb stadionunun yerində inşa edilib.

Belə olan halda biz futbolun gələcəyindən necə danışa bilərik? Uşaqlar sevdikləri oyunu oynamağa yer tapmır, böyüklər isə mini stadionlarda oynamaq üçün hər il artan qiymətlər ödəməyə məcburdur. Bir neçə il əvvəl saatı 20 manata icarəyə götürülən meydançada indi 50 manata belə oynamaq olmur. Axı, hansı inkişafdan danışırıq?

Həvəskarlar bir yana, peşəkar futbolçular belə əziyyət çəkir. Premyer Liqa oyunlarının meydançalarının keyfiyyəti illərdir müzakirə olunur. Avrokuboklarda qarşımıza çıxan xarici klubların nümayəndələri də dəfələrlə bu barədə danışıb. Amma dəyişən heç nə yoxdur. Bakıdakı bir neçə stadion, Sumqayıt və Qəbələdəki arenalar istisna olmaqla, ölkədə Avropa standartlarına cavab verən meydança yoxdur.

Belə vəziyyətdə biz yalnız ayrı-ayrı uğurlara sevinə bilərik – istər klub, istərsə də milli səviyyədə. Davamlı inkişaf üçün isə ilk növbədə uşaqların futbol oynaya biləcəyi şəraitin yaradılması şərtdir. Əks halda bizə qalan yalnız şadlıq evləri və supermarketlər olacaq.

Son xəbərlər

Xəbər
Bu gün, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Bu gün, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Bu gün, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
Dünən, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
Dünən, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
Dünən, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
Dünən, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
Dünən, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
Dünən, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
Dünən, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
Dünən, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
Dünən, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Aktual Xəbərlər
21 oktyabr 2026, 17:41

553 və 567 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib

Aktual Xəbərlər
21 oktyabr 2026, 16:47

DSX çobanın Ermənistana keçməsi barədə iddiaya münasibət bildirdi

Xəbər
21 oktyabr 2026, 15:48

"Borussiya"nın Bakı Olimpiya Stadionunun duşlarından niyə qorxduğu məlum oldu

Xəbər
21 oktyabr 2026, 15:48

Məmur arvadı kanalizasiya quyusuna düşərək xəsarət aldı – Vəzifəli şəxs cərimələndi

Aktual Xəbərlər
21 oktyabr 2026, 15:42

Bakıda bu metro stansiyaları ətrafında dəyişiklik olacaq

Xəbər
21 oktyabr 2026, 15:33

Bakıda 19 evi olan sabiq məmur - 100 milyonluq sərvət...

Xəbər
21 oktyabr 2026, 14:20

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

Siyasət
21 oktyabr 2026, 13:40

Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI

Xəbər
21 oktyabr 2026, 13:12

16 yaşdan kiçiklərə sosial şəbəkələrdə hesab açmaq qadağan edilir

Aktual Xəbərlər
21 oktyabr 2026, 13:02

Sabiq idarə rəisi və sektor müdiri üçün 12 il həbs cəzası tələb olundu

Oxşar xəbərlər