Bakıda Təhsil İdman Mərkəzində ağır atletika idman növü üzrə Respublika çempionatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 28 fevral tarixində xəbər verir.
Çempionatda Bakı, Sumqayıt, Lənkəran, Cəlilabad, Lerik, Gəncə, Yevlax, Goranboy və digər bölgələrimizdən olan ağır atletlər qüvvələrini sınayacaqlar.
150-dən çox atletin iştirakının planlaşdırıldığı yarış paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən Təhsil 1 saylı RİOEUGİM-də keçiriləcək.
Uğurlu iştirakları ilə seçilən atletlər Təhsil İdman Mərkəzinin diplom, medal və hədiyyələri ilə təltif olunacaqlar.
Yarışın missiyası ölkəmizdə ağır atletika idman növünün inkişafına təkan vermək, gənc generasiyanın idmana həvəsini artırmaqdır.