Taekvondo üzrə dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 13 may tarixində xəbər verir.
Bununla bağlı qərar Ümumdünya Taekvondo Federasiyasının (WTF) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
2023-cü ildə keçiriləcək mundialın dəqiq tarixi yaxın vaxtlarda təsdiqlənəcək.
Azərbaycan paytaxtındakı dünya çempionatı WTF-nin yaradılmasının 50-ci ildönümünə təsadüf etdiyinə görə xüsusi əhəmiyyət daşıyacaq.