Noyabrın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçiriləcək. Bu haqda ADPU Tələbə Gənclər Təşkilatı məlumat verib.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə "Hədəf 5%" layihəsi çərçivəsində “Qəhrəmanlar unudulmur” adlı dama yarışı keçiriləcək. Zəfər gününə həsr olunmuş turnir 5 noyabr saat 13:30-da İttifaqın ofisində baş tutacaq. Turnirin qalibləri diplomla mükafatlandırılacaqlar.
Yarışda iştirak etmək istəyən tələbələr 0554356613 və ya 0555216600 nömrələrilə əlaqə saxlıya bilərlər.