Damarlarını kəsərək intihara cəhd edən Masallı rayon Vərəm Dispanserinin baş həkimi Mirrəhim Nəbiyevin Bakıya gətirildiyi bildirilir. Bu haqda bu gün, 27 sentyabr tarixində Cenublu.az məlumat verir.
Nəbiyevin sosial şəbəkələrdə sələmə pul götürdüyü və daha sonra ödəyə bilmədiyi üçün canına qəsd etdiyi bildirilir. Onun 1 gün Nadirov soyadlı iki qardaş tərəfindən girovluqda saxlandığı, bundan sonra intihara cəhd etdiyi də qeyd edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayevin sözlərinə görə, hazırda Masallı RPŞ-də yoxlama aparılır.
Rzayev, həmçinin qeyd edib ki, Nəbiyevin vəziyyəti ağır olduğuna görə o, Bakıdakı tibb müəssisələrindən birinə aparılıb. Təfərrüatlar həmin şəxsin dindirilməsi və istintaqından sonra məlum olacaq.