Abşeron rayonunda TIR minik avtomobili ilə toqquşub. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Qafqazinfoya istinadən məlumat yayıb.
Yük avtomobili “Opel” markalı nəqliyyat vasitəsini yarımtikilinin pilləkənlərinə qaldırıb.
Qəza zamanı daha bir avtomobilə ziyan dəyib. Xəsarət alanlar barəsində məlumat yoxdur.