Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Bu haqda 3 oktyabr tarixində Avtosfer.az məlumat verib.
Aeroport yolunda “Chevrolet Cruze”, "Mitsubishi" və "VAZ-21015" markalı avtomobillər toqquşub. Şahidlərin dediyinə görə, qəza zamanı ağır yaralanan və dünyasını dəyişən var. Qəza nəticəsində Aeroport yolunda tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.