Bakıda baş vermiş qəza tıxaca səbəb olub. Bu haqda BakuPlus.az Avtosfer.az-a istinadən bu gün, 19 oktyabr tarixində xəbər verir.
Heydər Əliyev prospekti, aeroport şosesi, üzü Mərdəkan istiqamətində "Baku Expo Center"lə üzbəüz yolda qəzanın baş verməsi səbəbindən sıxlıq müşahidə olunur.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir.
Əraziyə DYP əməkdaşları cəlb olunublar.