Bakıda ailə qatili həbsdə ölüb. Bu haqda 20 sentyabr tarixində Lent.az məlumat verib.
Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılan məhkum Oleq Abışov dünyasını dəyişib. İlkin məlumata görə, o, xəstəlikdən ölüb.
Belə ki, Oleq Abışov 2013-cü il fevralın 11-də Pirallahı qəsəbəsində yaşayan anası Lidiya Abışovanı və qardaşı Yuri Abışovu döyərək öldürmüşdür. Onların üzərində zorakılıq əlamətləri olan çürümüş meyitləri yalnız mart ayının 12-də aşkar olunmuşdur.