AQTA paytaxt ərazisindəki ticarət və ictimai iaşə obyektlərinin monitorinqini davam etdirir. Bu haqda 17 oktyabr tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Keçirilən yoxlamalar zamanı 11 obyektdə işçilərin tibbi müayinədən keçməməsi aşkarlanıb. Həmin obyektlər və onların yerləşdiyi ərazilər aşağıdakılardır:
- Pirallahı rayonu - "Laçın" marketi;
- Nərimanov rayonu - Həsənov Arif Şirin oğluna məxsus market;
- Nərimanov rayonu - "Şərabıstan" şərab evi;
- Nizami rayonu - "Oskar" şadlıq sarayı;
- Nizami rayonu - "Alp Saray" şadlıq evi;
- Nizami rayonu - "Xudafərin" şadlıq sarayı;
- Xətai rayonu - "Məclis" kafesi;
- Xətai rayonu - "Nəlbəki" kafesi;
- Yasamal rayonu - "Badi Səba" şadlıq evi;
- Səbail rayonu - "Art Garden" restoranı;
- Səbail rayonu - "Mersi Baku" restoranı;
Qeyd olunan obyektlərin sahibləri məsuliyyətə cəlb olunublar və onlara nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.