Bakıda təcridxanaya narkotik maddə keçirmək istəyən şəxs saxlanılıb. Bu haqda bu gün, 19 sentyabr tarixində Bakuplus.az Penitensiar xidmətin rəsmi saytına istinadən məlumat verir.
Qeysər Məmmədov 3 saylı cəzaçəkmə müəssisəsinə oğlu Cəmil Məmmədovun yanına görüşə gəlib. İçəri girərkən onun əynindəki şalvarın yan cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,106 qram narkotik maddə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.