Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasının rəhbəri, tibb elmləri doktoru, professor Oqtay Seyidbəyov 82 yaşında vəfat edib. Bu haqda BakuPlus.az bu gün, 18 oktyabr tarixində xəbər verir.
Bakıda anadan olan O. Seyidbəyov 300-dən çox elmi iş, dərs vəsaitləri, metodik tövsiyələrin müəllifidir.
Azərbaycanın tibb elminə böyük töhfələr verən O. Seyidbəyov 1991-ci ildən ömrünün son günlərinə kimi Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Stomatologiya və üz-çənə cərrahiyyəsi kafedrasına rəhbərlik edib.
Professorun Azərbaycanda tibbin inkişafı sahəsində xidmətləri dövlət tərəfindən qiymətləndirilib. 1987-ci ildə ona “Əməkdar həkim”, 2000-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adları verilib.