İstanbul-Bakı reysi ilə uçan təyyarədə texniki nasazlıq yaranıb. Bu haqda BakuPlus.az Azərbaycan Hava Yollarının mətbuat xidmətinə istinadən bu gün, 15 oktyabr tarixində xəbər verir.
“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) hava limanına qayıtmaq qərarına gəlib.
Məlumata görə, təyyarə Bakı vaxtı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.
Sərnişinlər digər təyyarə ilə Bakıya yola düşəcəklər.