Babək prospektində qəza baş verib. Bu haqda BakuPlus.az Avtosfer-ə istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Babək prospektində yüksək sürətlə hərəkətdə olan “Opel” markalı avtomobil qırmızı işıqda gözləyən “Toyota” markalı avtomobili arxadan vurub. İdarəetmədən çıxan “Opel” bordürə çırpılıb.
Qəza nəticəsində hər iki avtomobilə maddi zərər dəyib.