Bakıda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda BakuPlus.az bu gün, 28 sentyabr tarixində xəbər verir.
Hadisə Babək prospektində qeydə alınıb. Azpetrol YDM-in yaxınlığında yolu piyadalar üçün müəyyən edilməmiş hissədən keçməyə çalışan orta yaşlı qadını avtomobil vurub.
Qəza nəticəsində piyada yerindəcə dünyasını dəyişib.
Təfərrüatlar araşdırılır.