Sosial şəbəkələrdə və elan saytlarında bahalı mobil telefonları ucuz qiymətə satışa çıxarmaqla kütləvi dələduzluq əməllərində şübhəli bilinən 18 yaşlı Camal Əliquliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
O, ucuz qiymətə satışa çıxardığı mobil telefonları almaq istəyən şəxsləri aldatmaqla “beh” adı altında 200, 300 manat və digər məbləğləri onlayn ödənişlə mənimsəyib.
Faktla bağlı araşıdrma aparılır.
“Vətəndaşlara tövsiyə edirik ki, pul vəsaitlərini hansısa məhsulun alınması adı ilə tanımadığı şəxslərin təqdim etdiyi bank hesablarına köçürməsinlər”, - DİN vətəndaşlara müraciət edib.
[video width="352" height="640" mp4="https://bakuplus.az/storage/photos/2022/09/whatsapp-video-2022-09-29-at-09.06.031.mp4"][/video]