Bakı-Aeroport yolu, "Buta Palace" sarayının yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Nurlan Qənbərov idarə etdiyi “Hyundai H65” markalı yük avtomobili ilə öndə dayanmış “Ford Transit” markalı nəqliyyat vasitəsinə çarpılıb. Zərbənin gücündən “Ford” qarşısında duran sürücüsü Zahir Abbasovu əzib. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb.
Daha öncə, Aeroport yolunda baş vermiş qəza səbəbindən güclü tıxacın yaranması haqda məlumat verilmişdir.