Bakıda 13 yaşlı qızın dünyaya gətirdiyi uşağın atası üzə çıxıb. Bu haqda 7 sentyabr tarixində Lent.az məlumat verib.
Dünyaya gələn uşağın atasının 15 yaşı var. Bundan başqa, 13 yaşlı qızın anasının 3-cü dəfə ərdə olduğu deyilir. Qız illər əvvəl öz atasını itirib və hazırda Sabunçu rayonunda ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq çörəkpulu əldə etdikləri deyilir.
Uşaq 40 həftəlik dünyaya gəlib və ailə bu hadisəni ört-basdır etmək məqsədilə doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün, məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər.
Hazırda ananın və uşağın vəziyyəti yaxşıdır.