Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi barədə araşdırma aparılır. Bu haqda bu gün, 28 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Belə ki, sosial şəbəkələrdə Bakıda 17 yaşlı qızın zorla 25 yaşlı dayısı oğlu ilə nişanlanması və 2 həftə sonra toylarının olması barədə məlumat yayılmışdır.
Daxili İşlər Nazirliyi məsələni araşdıracağını açıqlayıb.