Bakıda sərnişin avtobusunun sürücüsü döyülüb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Kənan-2000” MMC-nin istismarında olan 204 nömrəli marşrut xəttinin avtobusu Qala-Ramana istiqamətində hərəkət edərkən 78 nömrəli məktəbin qarşısında 3 nəfər dayanacaqdan kənar yerdə nəqliyyat vasitəsinə minmək istəyib. Bunu etməyən sürücü daha sonra həmin sərnişinlərdən biri tərəfindən döyülüb.
Daşıyıcı insidentlə bağlı polisə şikayət edib.