“OMD” kimi tanınan K.Fərəcəov adına Elmi Tədqiqat Pediatriya Xəstəxanasında ölüm hadisəsi baş verib. Bu haqda BakuPlus.az Kriminalqafqaz-a istinadən bu gün, 8 sentyabr tarixində xəbər verir.
Sentyabrın 6-da xəstəxanaya gətirilən 7 aylıq Ayla Qasımzadə vəfat edib. Körpədə bağırsaq keçməzliyinin olduğu və xəstəxanaya bu diaqnozla daxil olduğu bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.